Ev aksesuarları təqdim edən Azərbaycan brendidir. İlk dəfə 2011-ci ildə Park Bulvar(AVM)-də alıcıların ixtiyarına verilib. Zel Home brendinin baza və mövsümi kolleksiyaları, dünya trendini izləməklə yanaşı, müxtəlif mədəniyyətlərdən ilhamlanan yerli dizaynerlər tərəfindən tərtib edilir. İstehsalı isə müxtəlif xarici ölkələrdə həyata keçirilir. Fəaliyyətinə bir mağaza ilə başlayan Zel Home, hazırda beş mağazada Bakı sakinlərinə dəbdəbəli ev aksesuarları ilə xidmət edir. Zel Home aksesuarlarının hazırlanmasında: keramika, farfor, şüşə, plastmas, polirezin, taxta və s. istifadə olunur.

  • |
  • |
  • |