• 1-ci mərtəbə
  • |
  • |
  • *0171
  • |
  • 10:00 — 22:00

İrşad Electronics şirkəti 2000-ci ildə "I&R Telecom" kimi yaradılaraq fəaliyyətə başlayıb. Yeni yarandığı vaxtlardan Sim nömrələrin, scratch-kartların, telefonların, telefon aksessuarlarının topdan və pərakəndə satışı ilə məşğul olan "I&R Telecom", 2003-cu ildən etibarən mağazalarının sayını artıraraq paytaxtda və regionlarda telefon və nömrə satışını genişləndirdi. Şirkət 2006-cı ildən 2011 ilədək, ölkənin ən qabaqcıl operatorlarından sayılan Azercell Birgə Müəssisəsinin eksklyuziv dileri kimi fəaliyyət göstərib. Digərlərindən yüksək iş qabiliyyətinə görə seçilən "I&R Telecom" müxtəlif vaxtlarda bir sıra diplom və mükafatlarla təltif olunub.