“Miras” filmi - biznesin yaradılması prosesi, onun inkişafı, həmçinin Bakı nefti uğrunda neft sahibkarlarının və dünya maliyyə nəhənglərinin mübarizəsi barədə mükəmməl nümunədir. Bakı nefti Rotşild və Rokfeller kimi tanınmış və iri maliyyə maqnatlarını özünə biganə qoymur. Gənc Emanuel Nobelin gözlənilmədən bu işə qoşulması ilə üç nəhəng arasında rəqabət xüsusilə sərtləşir.
Fevralın 1-dən etibarən Cinema Plus 28 Mall-a gələrək filmi izləyərək Bakı tarixinə səyahət edə bilərsiniz. Diqqətinizə çatdıraq ki, 1-6 Fevral tarixləri ərzində giriş sərbəst olacaq.