Əyləncə

"Tez-Bazar Ailə" Filmini Qaçırmayın!

28 Mall-un 4 -cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 31 yanvardan etibarən “Tez-Bazar Ailə” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Ellie ilə yoldaşının övladı yoxdur. Ailə qurmaq həsrətində olan bu iki gənc buna ciddi şəkildə qərar verirlər. Cütlük, uşaq yetişdirmə qurumlarına müraciət edərək balaca uşaq övladlığa götürməyə qərar verir. Uşaq evində gördükləri 3 bacı-qardaş onlara çox sevimli və istiqanlı gəlir. Qurduğu tək övlad planını ləğv edib, bu uşaqları ailələrinə qəbul edəcəklər. Uşaqlardan ən böyüyü yeniyetməlik çağını keçirməkdədir və heç də sakit biri deyil. Valideynlik təcrübəsi olmayan cütlüyü bu yolda maraqlı macəralar gözləyir.

Filmdə Visabela Moner, Mark Wahlberg, Rose Byrne kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.