Əyləncə

“Yaşıl Kitab” Filminin Premyerası

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 25 yanvardan etibarən “Yaşıl Kitab” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Drama və komediya janrında olan Yaşıl Kitab filmi tanınmış pianoçu və konsert turlarında onun sürücüsü olmuş Tony arasında yaşanan hekayə əsasında çəkilmişdir. Çox danışdığından və sirr saxlaya bilmədiyindən "Boşboğaz" çağırılan Tony Lip pianoçu Don Shirley-in konsert turu ilə əlaqədar ifaçı ilə bərabər cənuba doğru yol alır, onları yolboyu maraqlı yerlər gözləyir. Bu səyahətdən sonra hər ikisinin həyatı dəyişəcək.

Filmdə Viggo Mortensen, Mahershala Ali, Linda Cardellini kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.