Əyləncə

"Krid 2"

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir.
10 Yanvardan etibarən "Krid 2” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz. Adonis Krid şəxsi həyatı və döyüşçü karyerasını eyni vaxtda inkişaf etdirmək üçün çətin sınaqlardan keçməlidir. O, nəhayət rinqə geri qayıdır. Əfsanəvi çempion Rokkinin məşq elətdirdiyi Adonis Kridin rəqibi atasını öldürən Ivan Drago- nun oğlunun olması isə döyüşü daha da prinsipial edir. İki nəsil boksçular yenə öz həyat dramlarını boks vasitəsilə ayırd edirlər.

Filmdə Tessa Thompson, Sylvester Stallone, Michael B. Jordan kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.