Əyləncə

28 Mall “Fantastik Məxluqlar: Qrindevaldın Cinayətləri” filmini təqdim edir

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 15 Noyabrdan etibarən “Fantastik Məxluqlar: Qrindevaldın Cinayətləri” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

1927-ci ildə "Fantastik Canavarlar Nələrdir və Harada Tapılır" filmindəki hadisələrə görə həbs cəzası almış Gellert Grindelwald türmədən qaçır və sehr gücündən maksimum istifadə etmək üçün özünə tərəfdar yığmağa başlayır.
Onu dayandıra biləcək tək insan onun köhnə dostu sehrbaz Albus Dumbledeore-dir. Lakin Dumbledore bunun üçün əvvəllər Grindelwald-a maneə olan köhnə tələbəsi Scamander-in yardımına ehtiyacı var.
David Yates-in rejissoru olduğu filmdə Eddie Redmayne, Johnny Depp, Ezra Miller, Zoë Kravitz, Katherine Waterston, Jude Law kimi aktyorlar rol almışdır.
Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyurun.