Əyləncə

"Bohem Rapsodiyası” Filminin Premyerası 28 Mall-da

28 Mall Cinema hər cümə axşamı olduğu kimi bu həftə də izləyiciləri üçün yeni filmin premyerasını təqdim edir. 1 noyabrdan etibarən hamının həyəcanla gözlədiyi “Bohem Rapsodiyası” filmini 28 Mall-da izləyə bilərsiniz.

“Bohem Rapsodiyası” Queen qrupunun steriotipləri qıraraq dünyaya meydan oxuyan qrupun əfsanəvi vokalisti Freddi Merkürinin məşhurluğa gedən yolundan və məşhurluğunun həyat tərzinə təsirindən bəhs edir.

Dexter Fletcher-in rejissoru olduğu filmdə Mike Myers, Rami Malek, Joseph Mazzello kimi adlar rol almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları yaxınlarınızla bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.