Bakının mərkəzində yerləşən 28 Mall 2012-ci ildə istifadəyə verilmişdir. 24000 kvm ticarət sahəsinə malik olan mall qısa müddətdə müştəriləri üçün istirahət, əyləncə və alış-veriş üçün ideal məkana çevrilmişdir.
Massimo Dutti, Gap, Stradivarus, New Yorker kimi brendlərlə yanaşı 91 mağaza restoran və kafelərin yerləşdiyi mall-da bir çox brendlər Bakıda ilk dəfə olaraq orada açılımışdır.
28 Mall ticarət mərkəzi açılışıyla beynəlxalq mall təcrübəsini Bakıya gətirmişdir. Belə ki, müştərilər mall-da yerləşən supermarket, ev-məişət əşyalarını, sevimli geyim mağazalarını restoran və kafeləri rahatlıqla tapa bilərlər.