Əyləncə

"Milyarderlər Klubu" Filmi 28 Mall Cinema Plus-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 19 İyul-dan etibarən "Milyarderlər Klubu" filmini 28 Mall Cinema-da izləyə bilərsiniz. James Cox-un rejisoru olduğu film bioqrafiya və dram filmidir. Filmdə hadisələr Los-Ancelos-da 1980-ci illərin əvvəllərində baş verir . Bir qrup gənc varlanmaq məqsədi ilə fırıldaq planlaşdırırlar, lakin çox keçmir ki, bunun heç də planlaşdırdıqları və düşündükləri kimi asan olmadığının fərqinə varırlar.

Taron Egerton, Kevin Spacey, Emma Roberts kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.