Əyləncə

"Otel Transilvanya 3: Yay Tətili” Filmi 28 Mall Cinema Plus-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 12 İyul-dan etibarən "Otel Transilvanya 3: Yay Tətili” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Məşhur fiimin bu yayımı Drakulanın yaxınları ilə möhtəşəm tətil macəralarından bəhs edir. Mavis lüks canavar gəmisində ailəvi səyahət təşkil edərək Drakulaya sürpriz edir. Nəhayət tətil sayəsində Drakula oteldən ayrılıb nəfəs alacaq. Orada hər zövqə uyğun əyləncə var: Bədheybət basketbolundan və ekzotik ekskursiyalardan tutmuş ay vannalarına kimi. Lakin vəziyyət Drakulanın cəlbedici olduğu qədər təhlükəli gəmi kapitanı Erikaya aşiq olmasıyla dəyişməyə başlayır. Onun qızı Mevis başa düşür ki, səyahət dəhşətə çevriləcək: çünki Erika dəhşətli sirri gizlədir, hansı ki, bütün bədheybətlərin yaşamasını təhlükə altına alır.

Genndy Tartakovsky-nin rejisoru olduğu filmdə səsləndirmə komandasında Adam Sandler (Dracula), Selena Gomez (Mavis), Andy Samberg (Johnny), David Spade (Görünməz adamGriffin) kimi aktyorlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.