Əyləncə

"Yur dövrünün dünyası 2” Filmi 28 Mall-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 7 İyun-dan etibarən "Yur dövrünün dünyası 2” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.Dünyada ən məşhur və uğurlu filmlərdən hesab olunan Yur Dövrünün Dünyası filmin 2-ci buraxılışı kecmişlə müqayisədə daha qorxunc və həyəcan verici olan dinozavrların geri dönüşündən bəhs edir.

Bir vaxtlar dinozavrlar ilə dolu olan əyləncə parkının yerləşdiyi İsla-Nublar adasında vəhşi təbiət hökmranlıq edir. Lakin bura insanlarsız heç də göründüyü kimi sakit deyil. Qurucular adanın mərkəzində yerləşən aktiv vulkana baxmayaraq orada park salmağa qərar verirlər. Vulkan oyanaraq adanı lava ilə basmaq təhlükəsinə səbəb olur. Parkın idarə meneceri Kler Derinq heyvan təlimçisi Ouen Qredini keçmiş parka qayıtmağa və dinozavrları xilas etməyə razı salmağa çalışır.

J.A. Bayonanın rejisoru olduğu filmdə Bryce Dallas Howard, Chris Pratt, James Cromwell, Ted Levine ve Toby Jones kimi aktyorlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.