Əyləncə

Qırmızı Sərçə Filmi 28 Mall Cinemada

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 31 May-dan etibarən Qırmızı Sərçə filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.
Aldığı ciddi zədəyə görə karyerasına məcburən son qoyduqdan sonra Dominika Yeqorovna və anası müəmmalı və qaranlıq gələcək ilə üzləşir. Filmin qəhrəmanı fərqli gəncləri bədən və zehnlərindən təhlükəli silah olaraq istifadə etmək üçün təlimləndirildiyi məxfi xidmət – Sərçələr Məktəbinə rekrutor olaraq çalışmağa razılıq verir.
Bir müddət sonra amansız təlimlərin nəticəsində o, gözlənilmədən məxfi xidmətin indiyə qədər ən təhlükəli Sərçəsinə çevrilir.
Cenifer Lourens, Coel Edgerton, Mari-Luiz Parker kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.