Magazalar

Bricobilandia 28 Mall ticarət mərkəzində öz qapılarını açdı.

Bricobilandia bütün dünyada məşhur olan konstruktor şəhərciyidir və burada evlər, müxtəlif avtomobillər və texnika, qatarları olan dəmir yolu, yanğınsöndürmə məntəqəsi, polis bölməsi, dönmə çarx və hətta sehrli qala var!
Bricobilandia-da oynamaqla uşaqların kiçik hərəkət bacarıqları, diqqəti cəmləşdirmək, təxəyyül, koordinasiya, səbirli və ünsiyyətcil olmaq kimi bacarıqları inkişaf etdirilir.
Oyun otaqları tamamilə təhlükəsizdir – orada batutlar, yelləncəklər, karusellər, hər hansı dırmaşma qurğusu kimi təhlükəli konstruksiyalar yoxdur.

Bricobilandia-da siz övladınızı 1, 2 və ya 3 saat ərzində təcrübəli işçilərimizə etibar edə bilərsiniz.

Valideynlər isə, həmin vaxtda qəhvə içərək dincələ, kinoya baxa, alış-veriş edə və ya yaxınları ilə görüşə bilərlər. Əlbəttə, əgər onlar özləri də içəri keçmək istəmirlərsə. Öz övladını müşayiət etmək istəyən valideyn ödəniş etmədən içəriyə daxil ola bilər.