İngiltərənin veqan gözəllik brendi The Body Shop 28 mall-un 1-ci mərtəbəsində yerləşən rəsmi mağazası ilə xidmətinizdədir.
Öz fəlsəfəsi ilə dünyada məşhur olan The Body Shop-un əsası 1976-cı ildə Anita Roddik tərəfindən İngiltərənin Brayton şəhərində qoyulmuşdur. Təbiətə dost, etik gözəllik və baxım markası artıq 40 ildən çoxdur ki, öz müsbət iqtisadi, sosial təsiri və ətraf-mühitə faydalı fəaliyyəti ilə bütün dünyaya səs salmışdır.
Məhsulları təbii inqredientlərdən hazırlanmış və heyvanlar üzərində heç bir sınaqdan keçirilməmişdir. Brend gözəllik uğrunda heyvanlara zərər vurulmasına hər zaman qarşıdır və kampaniyalar keçirərək mübarizə aparır. Buradan üz, bədən, saç qulluğu vasitələri, ətirlər və müxtəlif hədiyyələr əldə edə bilərsiniz.
Mağazanın telefon nömrəsi: 010 250 05 30