Əyləncə

"Qış Nağılı" Filminin Təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Qış Nağılı” filmini 28 Noyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Biri vardı, biri yoxdu. Yeni il gecəsi otellərin birində, bir hündürlükdən qorxub amma paraşütlə tullanan adam, beş ildi yaslara görə evlənə bilməyən cütlük, məcbur bir otaqda qalan iki türkiyəli ulduz, qərarasızılığına görə sevgisini etiraf edə bilməyən gənc, tanımadığı qızı həyat yoldaşı kimi otelə gətirən oğlan, Santa Klaus, qnom və yeni il möcüzələrinə inanmayan daha bir neçə ailə vardı. Amma onlar heç təsəvvür etməzdilər ki, məhz bu gecə onların hər birinin arzusu möcüzəli bir şəkildə çin olacaq, həyatları bir nağıla çevriləcək – film kimi bir “Qış nağılı”na.
Bütün arzular, onlara inananda çin olur!

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.