Əyləncə

"Terminator: Qara Talelər " 28 Mall CinemaPlus-da!

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Terminator: Qara Talelər” filmini 31 Oktyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.