Əyləncə

Zamanın döngəsi

8 Mart-dan etibarən Zamanın Döngəsi filmini 28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus-da izləyə bilərsiniz.

Filmdə əsas hadisələr atasının elmi tətqiqat nəticəsində izsiz şəkildə yoxa çıxdığı gənc Meq Murri ətrafında cərəyan edir. Bir sıra müəmmalı hadisələrdən sonra o, axtarışlara yollanır. Onları qarşıda zamana səyahət və qəribə dünyalarla tanışlıq gözləyir.
Chris Pine, Reese Witherspoon, Gugu Mbatha-Raw kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.