Əyləncə

"Fırıldaqçılar" filminin təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Fırıldaqçılar” filmini 12 Sentyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Onlar cəlbedici, seksual və çox iddialıdırlar. Həmçinin, müştəriləri məşhur “Wall Street” maliyyəçiləri olan elit klubun rəqqaslarıdır. Lakin bank böhranı qəflətən qızların yığıb topladıqları pulları toz halına gətirəndə, uğursuzluğa düçar olan rəfiqələr qisas almaq istəyirlər. Yenidən dəbdəbəli və məftunedici həyat sürmək üçün itirilmiş pulları necə qaytarmaq barədə cəsarətli plan hazırlayırlar.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.