Əyləncə

"Mələyin Süqutu" filminin təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Mələyin Süqutu” filmini 22 Avqustdan etibarən 28 Cinema-da izləyə bilərlər.

ABŞ prezidentinə sui-qəsd hazırlanıb. Əsas şübhəli isə onun ən etibarlı mühafizəçisi Mayk Benninqdir. Mayk bu vəziyyətdən çıxmaq üçün polisdən gizlənərək onu satqınlıqda günahlandıranı tapmağa, ölkəni təhlükədən xilas etməyə və Prezidenti ölümdən qorumağa çalışır.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.