Əyləncə

Anonim Qatillər Klubu Filminin Təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Anonim Qatillər Klubu” filmini 11 İyul-dan etibarən 28 Cinema-da izləyə bilərlər.

Gizli yerlərin birində şəhər qatilləri anonim killerlərin görüşündə yığışırlar. Orada onlar öz həmfikirləri arasında ani şiddətlərini boğmağı öyrənirlər. ABŞ senatorunun ölüm gecəsi günü kluba yeni sirli üzv daxil olur və bununla da fikir ayrılıqları başlayır. Hər kəs bir-birindən şübhələnməyə başlayır.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.