Əyləncə

“Roketmen” Filmi 28 Mall-da

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. 6 İyun-dan etibarən “Roketmen” filmini 28 Cinema-da izləyə bilərsiniz.

Əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiya. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.