Əyləncə

“Pokémon: Detektiv Pikaçu”

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. 16 May-dan etibarən “Pokémon: Detektiv Pikaçu” filmini 28 Cinema-da izləyə bilərsiniz. Əhvalat ekstra-səviyyəli özəl xəfiyyə Harri Qudmanın sirli yoxa çıxmasından sonra başlayır. Araşdırmanı isə onun 21 yaşlı oğlu Tim aparacaq. Bu işdə ona atasının sabiq tərəfdaşı – gülməli, ağıllı, cazibədar, hətta özü üçün tapmaca kimi olan xəfiyyə Pikaçu kömək edəcək. Fantastik şəkildə bir-biriləri ilə ünsiyyət qurmağa qadir olduqlarını görən Tim və Pikaçu bu dolaşıq əhvalatın araşdırılması üçün səylərini birləşdirirlər. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.