Əyləncə

Cunun Sehrli Parkı

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. Bayram günlərini daha da əyləncəli və maraqlı keçirtmək üçün 21 Mart-dan etibarən nümayiş olunacaq “Cunun Sehrli Parkı” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Xəyalpərəst Cun günlərin birində meşədə gəzərkən kəpənəyin arxasınca düşərək meşənin dərinliklərində sirli əyəncə parkı kəşf edir. Onlarla oyuncaq və heyvanın yer aldığı Wonderland Cun-un tam xəyallarındakı yerdir. Lakin əyləncə parkı təhlükə altındadır və Cun oranı xilas edərək keçmiş vəziyyətinə gətirmək üçün dostlarının köməyinə ehtiyacı var.

Filmin səsləndirməsində Mila Kunis, Jennifer Garner, kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.