Əyləncə

Robin Hood Filminin Premyerası

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 29 Noyabrdan etibarən "Robin Hood” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Film, Robin Hood- un Xaç Səfərlərindən qayıdandan sonrakı dövrü əks etdirir. Robin Hood qayıdarkən mənfur Shervud ilə qarşılaşır və yerli əhalinin iqtisadi vəziyyətini düzəltməyə çalışarkən eyni vaxtda mənfur güclərlə mübarizə aparmalıdır.

“Kingsman” serialı ilə tanınan gənc ulduz Taron Egerton-un baş rolda oynadığı filmin rejissoru Black Mirror və Peaky Blinders kimi məşhür filmlərin də rejissoru olmuş Otto Bathurst-dır. Filmdə Jamie Foxx, Tim Minchin, Eve Hewson, “Əlli Çalarlar”-ın ulduzu Jamie Dornan kimi aktyorlar yer almışdır.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.