Magazalar

The Entertainer-in Möhtəşəm Açılışı!

Şəhərimizin sakinləri üçün əla bir xəbər var! İngiltərənin aparıcı oyuncaq mağazası “The Entertainer” 28 Mall-da alıcılarına qapılarını açdı.

10 noyabr 28 Mall ticarət mərkəzində The Entertainer mağazasının Möhtəşəm açılı baş tutdu.
Bütün qonaqlar üçün giriş sərbəst olub. Uşaqlar animatorlar ilə doyunca oynayıb və yetərincə hədiyyə qazana biliblər. Şou proqrama daxil idi: animatorlar, kloun, canlı L.O.L. kuklaları, selfie room, balloon show, face art, hədiyyələr və daha neçə sürpriz.
"The Entertainer”-də uşaqları əyləndirmək üçün tez-tez şarlar ilə şou-proqramlar, nağıl personajları ilə görüş, uşaqlar arasında yarışlar, üzdə rəsm çəkmə, və bu kimi müxtəlif tədbirlər keçirilir. Bunların hamısı tamamilə ödənişsizdir.

Siz də bol-bol əyləncə yaşamaq istəyirsinizsə, 28 Mall-da “The Entertainer” mağazasına buyurun!