Əyləncə

“El Royal Otelində Keçən Pis Günlər” Filmi 28 Mall-da

28 Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 11 Oktyabrdan etibarən “El Royal Otelində Keçən Pis Günlər” filmini 28 Mall-da izləyə bilərsiniz. Bir-birindən xəbərsiz 7 fərqli şəxs fərqli hekayələri ilə yola çıxır. Ən sonda hamısı Tahoe gölündəki El Royale otelində bir araya gəlirlər. Hamısının bir-birindən gizlədiyi və keçmişdə saxlamaq istədikləri önəmli sirləri var. Bu gəcə nəhayət hər şeyin sonudur və onların keçmişlərilə üzləşərək özlərini xilas etmək üçün son şanslarıdır. Keçmişin ağrılarına baxmayaraq bunu bacara biləcəklərmi?

Drew Goddard-ın rejissoru olduğu filmdə ilə Chris Hemsworth, Jeff Bridges, Dakota Johnson, Jon Hamm kimi adlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.