Əyləncə

28 Mall Agent Coni İnqliş 3.0” filmini təqdim edir

28 Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 20 Sentyabrdan etibarən "Agent Coni İnqliş 3.0" filmini 28 Mall-da izləyə bilərsiniz.

Kiber hücumundan sonra Britaniyada bütün məxfi agentlərin kimliyi ortaya çıxır. Gizli xidmət qısa zamanda əsas hakeri tapmalıdı. Lakin heç bir uğurlu nəticə əldə olunmadığına görə sabiq agent Coni İnqliş geri çağrılır. Tapşırığı qəbul edən İnqliş , hakeri tapmaqda qərarlı və qətiyyətli olsa da, bu, onun düşündüyü qədər asan olmayacaqdır. Köhnə taktikalara bələd olan İnqliş, hakeri tapmaq üçün müasir texnologiyanın çətinlikləriylə üzləşməlidir.

David Kerr-in rejisoru olduğu filmdə Olga Kurylenko, Emma Thompson və Rowan Atkinson kimi aktyorlar rol almışdır. Filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.