Əyləncə

Mamma Mia 2 Filmi 28 Mall-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 16 Avqustdan-dan etibarən “Mamma Mia 2 Filmi” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kim rəqs etmək və bir könüldən min könülə aşiq olmaq – bundan yaxşı nə ola bilər? Nəinki, yay, hətta bütün həyat üçün möhtəşəm plandır!

Lily James, Amanda Seyfried, Meryl Streep, Dominic Cooper, Colin Firth, Pierce Brosnan kimi aktyorlarların iştirak etdiyi filmi izləyərək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.