28 Mall

Uşaqlar Gününü 28 Mall-da Qeyd Edin!

Uşaqların beynəlxalq müdafiəsinə həsr olunan 1 İyun tarixi 1950-ci ildən başlayaraq hər il qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Məsumluğu, gülüşü ilə dünyamızı daha da gözəlləşdirən uşaqlar üçün bu vacib gündə 28 Mall-da xüsusi proqram hazırlanıb.

3 gün ərzində 28 Mall-a gələn balacalara 2 LoL Dolls and 2 Trolls animasiyası təqdim olunacaq. Həmçinin təbdir boyunca Dj musiqiləri ilə tədbiri daha da əyləncəli edəcək.

Övladınızın uşaqların bu xüsusi günündə daha da xüsusi hiss etməsi üçün 28 Mall-da onlar üçün hazırlanmış proqramı qaçırmayın!