Əyləncə

"Taxi 5" Filmi 28 Mall Cinema Plus-da

Həyəcanla gözlənilən əfsanəvi Taksi filminin 5-ci buraxılışı 28 Mall Cinema Plus-da!

Hər zaman olduğu kimi bu Cümə Axşamı da yeni primeriya təqdim edir. 19 Aprel-dən etibarən “Taksi 5” filmini 28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus-da izləyə bilərsiniz.

Parisin tanınmış polisi olan Sylvain Marot, eyni zamanda möhtəşəm sürücüdür. Sylvaina keşmiş müdiri hazırda isə Marsel-in bələdiyyə sədri olan Gilbert tərəfindən İtalyan cinayət qrupunu tutmaq tapşırığı verilir. Onun köməyinə əfsanəvi ağ taksidə Marsel-in təhlükəli və məşhur sürücüsü Daniel Morales-in qohumu Eddy Maklouf gəlir.

Salvatore Esposito, Franck Gastambide, Sabrina Ouazani kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.