Restoranlar

Jules Verne: 28 Mall-da Yeni Məkan, Yeni Dad!

  • 4-cü mərtəbə
  • |
  • 10:00 — 22:00

Yazıçı-fantast Jül Vernin adını daşıyan Jules Verne 28mall-da sizin xidmətinizdə! Burada siz müxtəlif növ ən dadlı fransız krepləri və vafliləri dada bilərsiniz.
“JULES VERNE”-ə gələn hər kəs mütləq özü üçün dadlı yeniliklər kəşf edir!
Menyu müxtəlif əlavələrlə kreplərdən, şirin kreplər, vafli və isti içkilərdən ibarətdir. Kreplər Jules Verne-in əsərlərindəki qəhramanların adlarını daşısa da həmçinin yerli kulinariya tapıntıları da var.
Milli Bakı yeməyi "Pomidor-yumurta" ilə krep "Merci, Bakou!" adını daşıyır. JULES VERNE-nin bacarıqlı sehrbazları krep ilə "pomidor-yumurta"nın mükəmməl qarışımını kəşf edib, ona “MERCİ, BAKOU” adını verdilər. Təzə məhsullar, qədimi bişirmə üsulu və içinə qatılan Sevgi sehrinin sayəsində, bu möhtəşəm yeməyin dadına baxdıqdan sonra özünüzü macəra dolu bir dünyada hiss edəcəksiniz!
Menyuya daxildir:
Müxtəlif əlavələrlə xüsusi dadlarda olan kreplər,
Şirin vaflilər,
Desert krepləri,
Və əlbəttə ki, bunları tamamlayan isti içki növləri!
Xüsusilə də ədəbiyyat sevərlər Jül Vernin qəhrəmanlarının adlarını daşıyan krepləri çox bəyənəcəklər. Sevimli əsərlərin qəhrəmanları kimi kəşfə başlayın - yeni məkan, yeni dad! Yolunuzu 28mall-dan salın və dad okeanına baş vurun.