Əyləncə

"Eltilerin Savaşı" Filminin Premyerası

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Eltilerin Savaşı” filmini 6 Fevraldan etibarən 28 Cinema-da izləyə bilərlər.

“Eltilerin savaşı” filmi iki qayınarvadı olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan balaca çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir. Bir birilərinin etdiklərindən geri qalmaq istəməyən qaynarvadları özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddər sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştikarçısına çevrilirlər. Sosial media asılılıqları olan Gizem və Sultanın evlilik həyatlarına diqqət çəkən filmdə, iki qaynarvadının yarışından həyat yoldaşları Selim və Fatihin necə təsirləndiklərini görürük.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.