Əyləncə

"1917" filminin təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “1917” filmini 30 Yanvardan etibarən 28 Cinema-da izləyə bilərlər.

1917-ci il - Birinci Dünya Müharibəsinin qızğın vaxtları. İki gənc əsgərə ölümcül missiya verilir: Düşmən bölgəsinə keçməli və yüzlərlə əsgərin qaçılmaz ölümünün qarşısını almaq üçün gizli mesaj verməlidirlər. Zamana qalib gələ biləcəklərmi?

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.