Magazalar

Hər ikinci kitab 40% endirimlə - Ali & Nino

Kitabsevərlərin ən sevimli brendlərindən biri olan Ali & Nino oxucuları sevindirən kampaniyalara davam edir! Çoxsaylı kitablara şamil olunan mövsümarası endirimlər alıcıları məmnun etməklə qalmır, həm də oxumağı sevən auditoriyanın genişlənməsinə müsbət təsir göstərir, kitabların hər kəs üçün əl çatan olmasını asanlaşdırır.

Ali & Nino-dan növbəti sevindirici kampaniya isə artıq başlayıb! Belə ki, 24 Noyabra qədər davam edəcək olan kampaniya ərzində hər ikinci kitab 40% endirimlə təklif edilir. Bunu da qeyd edək ki, kampaniya satışda mövcud olan bütün kitablara şamil olunur. Sizə sadəcə 28 Mall Ali & Nino-ya yaxınlaşmaq və kampaniyadan yararlanmaq qalır!

Kitablar sizin üçün yaxşı dost, dostlarınız üçün isə ən yaxşı hədiyyədir!