Əyləncə

"Əlvida, Şmidt!" Filminin Premyerası

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək "Əlvida, Şmidt!" filmini 26 Sentyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.
Filmin qəhrəmanı - Emil Schmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandı. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq. Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!
Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.