Əyləncə

"Jara" filminin təqdimatı

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Jara” filmini 5 Sentyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Rusiya estradasının ulduzları Bakıya festivala gəlirlər. Onlar arasında məşhur musiqi yarışmasının qalibi Daşa Steklova da olur. Daşa qaydalara əməl etmək istəmir, yaradıcılıq azadlığı ilə alışıb-yanır. Bakıya prodüseri ilə gələn qız qaçır. Onu nağılvari, musiqi və günəşin şəfəqləri ilə isinən şəhərdə arzularını reallaşdıracaq və xoşbəxt edəcək romantik görüş və macəralar gözləyir.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.