Əyləncə

Bir Dəfə Hollivudda Filminin Premyerası

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Bir Dəfə Hollivudda” filmini 8 Avqust-dan etibarən 28 Cinema-da izləyə bilərlər.

Baş qəhrəman – uğurlu serialdan sonra kinobiznesə daxil olmaq üçün imkanlar axtarışı ilə məşğul olan televiziya aktyorudur. Onunla paralel olaraq onun köməkçisi və dublyoru həmin şey ilə məşğul olur. Əhvalat Çarlz Mensonun sektası ilə əlaqəli olan hadisələr fonunda baş verir.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.