Əyləncə

Dambo Filmini 28 Mall Cinema-da!

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 28 Mart-dan etibarən nümayiş olunacaq “Dambo” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Sirk impresariosu Mark Mediçi, keçmiş sirk ulduzu Holt Ferriera və onun övladları Milli və Conu yeni doğulmuş fil balasının qəyyumları seçir. Fil balasının qeyri-adi dərəcədə iri qulaqları dərhal Holtun iş yoldaşları tərəfindən zarafat və gülüş hədəfinə çevrilir. Dambonun uçmaq qabiliyyətini biləndən sonra sirkin sahibi fil balasının qeyri-adi bacarığından pul qazanmaq qərarı verir.

Filmdə Eva Green, Colin Farrell, Michael Keaton kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.