“SHAKH” zəgərlik evi 19-ci əsrin sonlarında, daha dəqiq desək, 1896-cı təsis edilmişdir. O gündən bu günə kimi zərgərlik sənətinə göstərilən peşəkarlıq, istedad, zəriflik və incəsənətə olan sevgi nəsildən nəsilə ötürülür. Məhz bunun sayəsində biz zərgərlik sənətinin vəhəqiqətən işinin ustası olan mahir Azərbaycan sənətkarlarının ənənələrini qoruyub saxlamağa və bərpa etməyə nail olmuşuq. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən başlayaraq şirkət Bakı və Gəncə şəhərlərində geniş fəaliyyət göstərirdi.