Əyləncə

Uşaqla hara gedəcəyinizi bilmirsiz?  Yeni «Кid’s Planet» uşaq əyləncə mərkəzinə xoş gəlmisiniz. Burada sizi müasir video oyunlar, avtodrom, karusellər, 6D kinoteatrı, animasiyalı tir, lazerli labirint, böyük uşaq oyun meydançası və bir sıra digər maraqlı oyunlar da daxil olmaqla uşaqlar üçün ən ağlasığmaz atraksion və əyləncələr gözləyir!

Biz sevimli qonaqlarımız üçün şənliklərin, banketlərin və əlbəttə ki, unudulmaz Ad Günlərinin keçirilməsi üçün xüsusi sərfəli təkliflər hazırlamışıq. Dostlarınızı «Кid’s Planet» uşaqlar üçün əyləncə mərkəzində keçirilən Ad Günü şənliklərinə dəvət edin – əldə edəcəkləri təəssüratlar bütün il boyu onlara bəs edər!

Uşaq əyləncə mərkəzi – sadəcə uşaqlar üçün deyil, böyüklər üçün də maraqlı əyləncələr dünyasıdır!

Mərkəzin ərazisində uşaqlarınıza rəngarəng və unudulmaz hədiyyələr ala biləcəyiniz Mozaika oyuncaq mağazası yerləşir. Mağazada dünyanın qabaqcıl oyuncaq istehsalçılarındən ən keyfiyyətli oyuncaqlar sizin seçiminizə təqdim olunur.

Uşaq əyləncələri planetinə xoş gəlmisiniz! «Кid’s Planet» əyləncə mərkəzi ilə birlikdə uşaqlarınız üçün rəngarəng və yaddaqalan şənliklər təşkil edin!

28 Mall, 4-cü mərtəbə

(012) 499 87 68

GALERİ